“Altın kelebek”də Azərbaycandan onlar olacaq

Müğənni Çingiz Mustafayev “Altın Kelebek” mükafatlarına namizədlər sırasında yer alıb.
MİNVAL.İNFO xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. Çingiz bildirib ki, Azərbaycanı “Azərbaycanın parlayan gənc ulduzu” kateqoriyasında təmsil edəcək:
“Hər zaman ən yaxşı işlərlə qarşınıza çıxmağa, ölkəmizi uğurla təmsil etməyə çalışmışam. Bundan sonra da sənətimin gücünü göstərmək üçün qarşımda çoxlu hədəflərim var. Sevinc hissiylə sizinlə paylaşıram ki, bu il “Altın Kelebek” mükafatları tədbirində “Azərbaycanın parlayan gənc ulduzu” kateqoriyası üzrə namizədlərdən biri də mənəm. Məni gücünü göstərənlərin mükafatlandırılacağı möhtəşəm gecənin qaliblərindən biri kimi görmək istəyirsinizsə, səs verə bilərsiniz”.
Çingiz izləyicilərindən dəstək istəyib.
Çingizlə yanaşı siyahıda Azərbaycandan Ayaz Babayev, Çinarə Məlikzadə, Hiss və Nahidə Babaşlı yer alıb.
NƏRMİNƏ AYDINQIZI

