Amazon kassa və satıcısı olmayan ilk mağaza açır
Amzaon şirkəti kassa aparatları və satıcısı olmayan ilk mağazasını açır.
Minval.İnfo xəbər verir ki, mağaza 22 yanvar tarixində Sietlda (ABŞ) açılacaq. Amazon Go-nun 2017-ci il ərzində bu üslubda satışının yoxlanması artıq başa çatıb. 2017-ci ildə xidmətdən ancaq şirkətin əməkdaşları istifadə edib.
Texnika əsasında baş tutacaq alış-veriş zaman müştəri smartfon vasitəsilə axtarışa çıxaraq ona lazım olan məhsulu ala bilər. Daha sonra isə kassanı və satıcını əvəzləyən cihaza yaxınlaşaraq plastik kartla ödəniş edəcək.
Kassanı əvəzləyən cihaz, məhsulu tanıma qabiliyyətinə malikdir. Amazon belə bir mağazasının açılması haqqında 2016-cı ildə məlumat verərək 2017-ci ildə, istifadəyə verəcəyini bildirsə də açılış 2018-ci ilə təsadüf etdi.
Qeyd edək ki, Amazon – 1994-cü ildə yaradılan Amerika şirkətidir. Online işləyən ən güclü ticarət portalıdır.
Zeynəb
Minval.İnfo

