Amber Herddən Conni Depp açıqlaması: “Onu hələ də sevirəm”
Amber Herd və Conni Deppin bir-birilərinə qarşı böhtan davası Herdin əleyhinə qərarla yekunlaşıb.
Bakupost.az xəbər verir ki, Amber Herd uduzduğu məhkəmə sonrası müsahibəsində Conni Depplə bağlı suallara cavab verib.
Aktrisa, şiddəti özünün başlatmadığını vurğulayıb: “Öləcəyim günə qədər məhkəmədə dediyim hər sözün arxasında duracağam. Mən sadəcə Conniyə qarşılıq verdim. Davamlı olaraq şiddət içində yaşadığım üçün bu normal hal alır”.
A.Herd Deppi hələ də sevdiyini açıqlayıb:
“Onu hələ də sevirəm. Bütün qəlbimlə sevdim və təməldən qopan bir əlaqəni davam etdirmək üçün əlimdən gələni etdim. Ona qarşı heç bir pis duyğum yoxdur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22


