AMEA-dan xəbər var – “… həqiqətə uyğun deyil”
Bəzi kütləvi informasiya vasitələrində AMEA-nın növbədənkənar ümumi yığıncağının çağırılması üçün Təşəbbüs Qrupunun yaradılmasına dair məlumatlar yayılıb.
Minval.info-nun məlumatına görə, AMEA Rəyasət Heyətinin mətbuat xidməti bildirir ki, AMEA-nın növbədənkənar ümumi yığıncağının çağırılması üçün təşəbbüs qrupunun yaradılmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil.
AMEA-da yayılmış açıqlamada bildirilir: “Akademiyada belə bir qrup yaradılmır. AMEA-nın nizamnaməsinə uyğun olaraq bütün önəmli qərarlar AMEA-nın ümumi yığıncağında qəbul olunur və zərurət hallarında ölkə başçısı, prezident İlham Əliyev tərəfindən təsdiqlənir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

