AMEA: Hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür

AMEA Daşlı adasında vulkan püskürməsi ilə əlaqədar məlumat yayıb.

“Minval.info” xəbər verir ki, məlumatda deyilir:

“Ötən axşam Xəzər dənizində güclü alovlanma ilə müşaiyət olunan hadisənin baş verməsi haqqında məlumatlar yayılmışdır. SOCAR və FHN-nin rəsmi məlumatlarına görə hadisə palçıq vulkanının püskürməsi ilə bağlı olub. Bu haqda müvafiq video və foto materiallar da paylaşılıb.

Aparılan dəqiqləşdirmələr nəticəsində məlum olmuşdur ki, dünən təxminən 21:50 radələrində püskürməsi qeydə alınan vulkan Bakı arxipelaqı adlanan neftli-qazlı rayonda yerləşən Daşlıdır. Vulkan Bakıdan təxminən 75 km cənub-qərbdə yerləşir. Azərbaycanın aktiv vulkanlarından hesab olunur. 1920 və 1945-ci illərdə indiki kimi odlu püskürmələri qeydə alınmışdır.

Daşlı vulkanın güclü püskürməsi nəticəsində qeydə alınan alov sütununun hündürlüyü 500 m hündürlükdən də artıq olmuşdur. Bu da çox güman kimi sözügedən vulkanın uzun müddət ərzində püskürməməsi və böyük enerji toplaması ilə əlaqədar olmuşdur.

Şimalda yerləşən nisbətən böyük ada vulkanlarına, o cümlədən Səngi-Muğan, Xarə-Zirəyə görə Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılmışdır. Vulkanın dənizdə yerləşəmsi və palçığın gec quruması ilə əlaqədar, hazırda, hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür”.

Ölkə

Nəşr edilib: 2021/07/05 15:20

Baxış: 134


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06