AMEA işçisini maşın vurdu – Piyada keçidi yaxınlığında (FOTO)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info xəbər verir ki, Yasamal rayonu, “Nəbatət” bağının qarşısında avtomobil piyadanı vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Hadisə piyada keçidinin yaxınlığında qeydə alınıb.
Əraziyə təcili yardım maşını gəlib və xəsarət alan şəxs xəstəxanaya aparılıb.
Qeyd edək ki, hadisə zamanı zərərçəkən Azərbaycan Milli Elmlər Akademiyasının işçisidir.
Faktla bağlı araşdırma aparılır.
Foto: Fərid İmran
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22



