Amerikalı futbolçu Tramp barədə: O manyakı Ağ Evdən endirmək…
ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli komandasının üzvü Meqan Rapino növbəti dəfə ölkə başçısı Donald Trampı hədəf alıb.
“Yeni Akit” xəbər verir ki, futbolçu çıxışı ilə 2020-ci il prezident seçkilərində demokratların namizədini dəstəkləyəcəyinin siqnalını verib.
“Ən önəmlisi o manyakı Ağ Evdən endirməkdir”, – Rapino bildirib.
Xatırladaq ki, ABŞ millisi ilə dünya çempionluğu qazanan Rapino hələ çempionat davam edərkən qalib gələcəkləri halda Ağ Evdə prezidentlə görüşə getməyəcəyini açıqlamışdı.
XƏBƏR LENTİ
2025/11/19 14:22

