Amerikalı vəkil planetin gələcəyi üçün özünü yandırdı – FOTO

Amerikalı vəkil ətraf mühitin çirklənməsinə diqqətin cəlb edilməsi üçün özünü yandırıb.
Bu barədə BBS News məlumat yayıb.
Minval.info saytı oxu.az-a istinadla xəbər verir ki, 60 yaşlı Devid Bakel Nyu-Yorkda Prospekt-parkda aksiya keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Devid intiharının səbəbini qoyduğu məktubda izah edib. O məktubunu bir neçə təşkilata elektron poçt vasitəsi ilə göndərib.
Bakelin sözlərinə əsasən, o, üzərinə “təbii yanacaq” töküb ki, insanların ekologiyanın qeydinə qalmadıqları zaman nə baş verdiyini göstərsin:
“Çikrlənmə bizim planeti məhv edir, yaşadığımız mühitə hava, torpaq, su və yağıntılar vasitəsi ilə daxil olur”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

