Amurda “kanat” inşasına başlanacaq
Rusiyanın Blaqoveşensk şəhərindən Çinə qədər uzanacaq “kanat” xəttinin inşası planlaşdırılıb.
“Minval.İnfo” xəbər verir ki, bu barədə Rusiyanın “Sputnik” xəbər portalı məlumat yayıb.
Uzunluğu 973 metr olacaq xəttin tikintisinə 2022-ci ilin yayında başlanacağı qeyd edilib. Tikiləcək xəttin hər iki ölkənin turizm inkişafı baxımından olduqca faydalı olacağı vurğulanıb.
Nazim Hacıyev
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

