Ana dilinə hörmətsizlik edənlər və səhvlərini başa düşənlər – Maraqlı araşdırma
“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar yaşanıb. Teleaparıcı Amil Xəlil 2 ay öncə hazırladığı verilişdə yanacaq doldurma məntəqələrinin ana dilimizə qarşı hörmətsizliklərini tamaşaçılara təqdim etmişdi. O, ötən gün verilişinin davamını yayımlayıb.
Minval.İnfo xəbər verir ki, bu dəfə əksər yanacaqdoldurma məntəqələrində edilən düzəlişlər təqdim edilib. Amma bir neçə yanacaq doldurma məntəqəsi isə dəyişiklik etməkdən imtina edib. Görünən odur ki, ictimai qınaq onlar üçün vacib sayılmır.
Həmin anları təqdim edirik.
Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55 dəAmil Xəlilin təqdimatında Space Tv də yayımlanır. Bu axşam “Olar? Olmaz!” verilişində ölkəmizdə satılan keyfiyyətsiz yağlar barədə tamaşaçılara məlumat veriləcək.


