Ana ilə oğlunu maşın vurdu
Bakının Qaradağ rayonunda ana ilə oğlunu yük maşını vurub.
Oxu.Az-ın verdiyi xəbərə görə, rayon ərazisində hərəkətdə olan qoşqulu yük avtomobili 42 yaşlı Alina Vəliyeva və onun 8 yaşlı oğlu Aven Vəliyevi vurub.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

