Ana olmaq üçün əlil arabasında gəzir – Foto
Üç dəfə bətnində körpəsini itirən türkiyəli müğənni-aparıcı Seren Serengil ana olmağa hazırlaşır.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, sünii mayalanma yolu ilə dördüncü dəfə hamilə qalan sənətçi özünü və körpəsini qorumaq məqsədilə 1,5 ay müddətində əlil arabasından istifadə edəcək.
Həkimi Serengilə stressdən uzaq olmağı və dincəlməyi məsləhət görüb. Qeyd olunur ki, buna görə də o, Cengiz Semercioğlu ilə aparıcılığını etməyi planlaşdırdığı televiziya verilişini müvəqqəti olaraq təxriə salıb.
Qeyd edək ki, S. Serengil müğənni Yaşar İpəklə ailəlidir.

XƏBƏR LENTİ
2025/11/19 14:22

