“Anam çox gözəldir, nənəm qəzəblidir, atam…” – Bakıda qeyri-adi təlim

Artıq neçə illərdir əksər ölkələrdə tətbiq edilən “şəkil müalicəsi” son vaxtlar Azərbaycanda da geniş yayılıb. Autizm sindromlu, əqli geriliyi olan, özünə qapanan, aqressiv, nitq qüsurlu uşaqların müalicəsində rəsmlə terapiyanın daha effektli olduğu təsdiqlənib. Rəsm beynin yaradıcı qismini işə salır. Bir cümləni anlatmaqda çətinlik çəkənlər rənglərlə düşüncələrini, duyğularını kağız üzərinə köçürürlər.

Minval.info saytı virtualaz.org-a istinadən xəbər verir ki, “Clouds by Muna” studiyasının rəhbəri Natella Nağıyeva da bu fikirdədir. Deyir ki, rəsmlə həm də uşağın davranışlarına təsir etmək mümkündür. Nifrət zamanla sevgiyə çevrilir, heperaktiv uşaqlar sakitləşirlər. Studiyada həm inklüziv uşaqlarla, həm də rəsm çəkmək həvəsi olanlarla işləyirlər. Natella Nağıyeva deyir ki, “rəsm Yaradanla söhbətdir”. Rəsm çəkmək o qədər müsbət enerji ötürür ki, qarşındakının daxili duyğularının mesajını hiss edə bilirsən. “Hər kəsin içində rəsm çəkmək həvəsi var, sadəcə, bir az sevgi lazımdır. İnsan istənilən yaşda rəsm çəkməyi öyrənə bilər. Problemli olub-olmamasının fərqi yoxdur, bizə müraciət edənlərin hər biri ilə əvvəlcə psixoloq danışır. Biz müəyyənləşdirməliyik, qarşımızdakı bizdən nə gözləyir, biz ona nə verə bilərik. Unutmayaq ki, yaxşı pedaqoq yaxşı psixoloqdur”, – Natella Nağıyeva əlavə edir.

Studiyanın rəmzi bulud qanadlı mələklərdir. Müxtəlif rəsm əsərlərinin olduğu və sərgini xatırladan otağın sol divarı Natellanın özünün çəkdiyi bulud qanadlı mələklərlə bəzədilib. Mələklərin hər biri nağıl qəhrəmanıdır. Müəllif söyləyir ki, mələklərlə cəmiyyətə müəyyən mesajlar ötürməyə çalışıb.

Biz rəsmlərdəki mesajları tapmaq üçün “bulud qanadlı mələklərə” uzun-uzadı baxırıq, öz versiyalarımızı səsləndiririk. Anası ilə gələn 5 yaşlı uşaq da öz versiyasını söyləyir: “Baxın, burda mələk bulud qanadlarını yuyur, çünki uşaqlar ağlayıblar, mələyin qanadları uşaqların göz yaşı ilə kirlənib. Mələk də istəyir ki, heç bir uşaq ağlamasın”.

Sonra inklüziv uşaqlarla işləyən müəllimənin dərsini izləyirik. Uşaqlar dərsin sonunda özlərinin hazırladıqları qeyd kitabçasına duyğularını yazırlar. Onlardan birinin kitabçasını vərəqləyirik. “Bu mənəm, mən insanam, anam çox gözəldir, nənəm qəzəblidir, atam…”

Natella söyləyir ki, 4 yaşlı bu uşaq artıq 5-ci dərsdir gəlir. İlk iki dərsdə atası və nənəsi haqqında mənfi düşüncələri olub, indi atası ilə bağlı danışanda düşünür, pis fikir söyləmək istəmir.

İlk dəfə gələn uşaqlarla iş çox maraqlıdır. Hər biri öz əlinin şəklini kağıza köçürür, hər barmaqları fərqli rəngə boyayır. Sonra rənglərin içərisinə arzular yazılır. Psixoloq söyləyir ki, ilk gələnlərin hamısına bunu tətbiq edirlər. Çoxları da gələcəkdə varlı olmağı arzulayır. “Bu həm də gələcəkdə onlar üçün bir xatirə olacaq. Uşaq ikən nəyi arzuladıqlarını biləcəklər. Həm də inanırıq ki, bu enerji ilə çiyinlərindəki mələklərə mesaj ötürürlər. Uşaqların gələcəkdə varlı olmaq istəklərinə gəldikdə, bunun altında məsum bir səbəb dayanır. Biz bir az söhbət edirik, uşaqlar ata-analarının onlarla daha artıq vaxt keçirmələrini arzulayırlar. Görünür, çox işləməyin pulla bağlı olduğunu düşünürlər”.

İstəkləri oxuyuruq: balacalardan biri nənəsinin tezliklə sağalmasını, digəri velosiped istədiyini, başqa birisi gəzməyə getməyi istəyir.

N.Nağıyeva deyir ki, rəsm çəkərkən insan gərginlikdən tamamilə azad olur. Bəzən yalnız xəstə uşaq deyil, həyatda hansısa uğursuzluqla üzləşmiş böyüklər də bir neçə dərsdən sonra gərginliyi atırlar: “Biz həm də sənət öyrədirik, insanlar öz biznesini qura, işləyə bilsinlər. Ayrıca aksessuar düzəltməyi öyrədirik. Bundan başqa, maliyyə təlimləri də təşkil edirik. Hər həftənin bazar günü isə treninqlərimiz olur”.

Öyrənirik ki, rəsm çəkməyi hər kəs və hər yaşda öyrənə bilər. 30 yaşlı qadının çəkdiyi ilk rəsm əsərinə baxıb ağladığından sonra buna bir daha əmin oluruq. Onu da öyrənirik ki, rəsm insanın xasiyyətini dəyişə bilir, həyatı rənglərin dünyasından rəngli görə bilirsən.

Təhsil

Nəşr edilib: 2018/05/20 22:00

Baxış: 425


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06