Anar kitablarının yandırılması çağırışı ilə bağlı danışdı

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar onun kitablarının yandırılması ilə bağlı bir qrup gəncin kampaniya başlatmaq çağırışına reaksiya verib.
Minval.İnfo xəbər verir ki, Anar gununsesi.info-ya açıqlamasında kitablarının yandırlmasını pis hərəkət kimi dəyərləndirib: “Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırırdı, sonu isə bəlli oldu”.
Yazıçı bu cür adamların cəmiyyətdə barmaqla sayılacaq qədər olduğunu deyib: “Bizi sevən, bizi oxuyan milyonlardır. Bir neçə nəfərin hansısa addım atması ictimaiyyətin mövqeyi demək deyil”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

