Anarın sevgilisi arvadına meydan oxudu
Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətovadan boşanmadan vizajist Samirə Abbasova ilə evlənməyə hazırlaşması maqazin gündəmini zəbt edib.
Minval.info xəbər verir ki, S. Abbasova isə sosial şəbəkə paylaşımı ilə müzakirələri daha da qızışdırıb. O xınayaxdı mərasimindən fotoları sosial şəbəkədə paylaşıb və “həyat nə yaşadıqlarındır, nə də əldə etdiyin uğurlar. Həyat dediyin ömür boyu “həyatım” deyə biləcəyin insanı tapan zaman başlayır” – deyə əlavə edib.
Onun bu addımı E. Mədətovaya meydan oxumaq kimi qiymətləndirilib.
Qeyd edək ki, prodüser evlənməyə hazırlaşdığı üçün övladları ondan üz döndərib. “Qarabağ” futbol klubunun üzvü Mahir Mədətov artıq atasının soyadından imtina edərək, “Əmrəli” olaraq dəyişib.
Məlumayt üçün bildirək ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır.
- Samirə Abbasova
Əməkdar artist Lalə Məmmədova isə prodüser Anar Mədətovla boşanma ərəfəsində olan Elnurə Mədətovaya dəstək olub.
Musavat.com xəbər verir ki, ifaçı keçmiş prodüser, yaxın rəfiqəsi ilə fotosunu sosial şəbəkədə paylaşıb.
“Heç bir qadın gələcəyini bir adamın vicdanına, eşqinə, günün sonunda ağlının qarışmasına icazə verməməlidir. Səni sevirəm, dünyanın ən gözəl qadını, fədakar anası, zəhmətkeş insanı, vəfalı dostu”-, deyə qeyd edib.
Qeyd edək ki, A. Mədətov boşanmadan vizajist Samirə Abbasova ilə evlənməyə hazırlaşır. Cütlüyün “xına” mərasimi bir neçə gün öncə baş verib.


