Anası narkotik alverçisi, atası kəşfiyyatçı olan, 130 milyon sərvətindən oğluna 1 dollar da verməyən – Ceki Çan – FOTOLAR
Məşhur aktyor Ceki Çanı yəqin ki, aranızda tanımayan yoxdur.
Onun filmləri kimi maraqlı həyatı da var.
Minval.İnfo aktyor haqqında eşitmədiyiniz 10 qəribə məlumatı təqdim edir:
Ceki Çanın rol aldığı filmləri heç bir sığorta şirkəti qarşılamır. Məşhur aktyor öz dublyorlarını özü hazırlayır və xəstəxana xərclərini öz cibindən verir.

Cekinin oğlu atasının 130 milyon dollarlıq sərvətindən bir qəpik də ala bilmir. Çünki sərvətinin hamısı kasıblara bağışlanacaq.

Aktyor bununla bağlı, “Əgər istedadlıdırsa, öz pulunu qazana bilər. Əgər deyilsə də pulumu sadəcə ziyan edəcək” deyib.
Məşhur aktyor eyni zamanda həm də müğənnidir və iyirmidən çox albomu var.

Ceki Çanın ailəsi o qədər kasıb idi ki, hələ körpə olanda onu varlı bir ingilis ailəsinə övladlıq vermək istəyirmişlər.

Aktyorun anası narkotik alverçisi, atası isə kəşfiyyatçı olub.

Gecə klublarında mühafizəçi olaraq işlədiyi müddət bir müştəri ilə arasında mübahisə başlayır, döyüşdən sonra iki gün boyunca əlinin üstündəki sümüyü yerinə qaytarmağa çalışır. Sonra fərqinə varır ki, yerinə soxmağa çalışdığı şey onun sümüyü deyil, döyüşdüyü adamın dişidir.

1973 istehsalı “Əjdaha qalası” filminin çəkilişlərində, Brus Li həqiqətən Ceki Çana vurub. Amma çəkilişi tamamlamaq üçün rejissor “stop” deyənə kimi ikisi də dayanmayıb.

Bir filmində tək bir səhnə nə az, nə çox, düz 2900 dəfə təkrar edilib.

80 və 90-cı illərdə Triad-dan (Çin mafiyası) özünü qorumaq üçün üstündə bir çox silah, hətta əl bombası daşıyırmış.

Ceki Çan həmin günlərlə bağlı bunları deyib: “Honkonqa geri qayıdanda axşam yeməyi üçün bir restorana getdim və əlləri bıçaqlı, çoxlu Triad üzvü tərəfindən əhatəyə alındım. Onlara silahımı göstərdim. Pencəyimin içində də iki gizli silah var idi. Onlara artıq səbr etməyəcəyimi dedim”.

Pandaları çox sevir!
Fərid Özay
Minval.İnfo


