Angela Merkel Azərbaycana səfər edəcək
Almaniya federal kansleri Angela Merkel Azərbaycana səfər edəcək.
Minval.info-nun “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq.
O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.
Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

