Angela Merkelin taleyini yaşayanlar – İntihara cəhd edən dövlət rəhbərləri
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin rəsmi görüşlər zamanı titrəməsi, sağlığı ilə bağlı problemin olduğuna dair iddialara səbəb olub. Hipoqlikemiya xəstəliyinin əlamətlərini özündə göstərən Merkel bir neçə rəsmi görüş zamanı bu problemlə üzləşib.
Hipoqlikemiya qan şəkərinin normaldan yəni, 60 mg/dl-dən aşağı olmasıdır. Təyin edilmiş dərmanların gec qəbul olunması, həddindən artıq fiziki hərəkət və alkoqolun qəbul edilməsi hipoqlikemiyaya səbəb olur.
Hipoqlikemiyanın əsas əlamətləri halsızlıq, baş gicəllənməsi, solğunluq, baş ağrıları, narahatlıq, davamlı titrəmə, tərləmə, ürək döyüntülərinin sürətlənməsidir.
“Minval.info” xəbər verir ki, tanınmış liderlərdən bir çoxunun əsasən mental sağlığı ilə problemləri olub. Bu mövzunu araşdıran psixologiya üzrə professor Nasir Qahemi(Nassir Ghaemi) çox maraqlı faktları üzə çıxarıb. Qahemi erkən yaşlardan etibarən sosial və psixoloji problemlərlə üzləşmiş şəxslərin daha möhkəm olduğunu deyib. “Poladlaşma effekti” adlandırılan bu mərhələ, Nitşenin “Öldürməyən şey gücləndirir” fikrinin psixoloji izahını verir.
Uinston Çörçil, Abraham Linkoln, Mahatma Qandi, Martin Lüter Kinq, Con Kenedi kimi məşhurlar mental sağlıq problemlərindən əziyyət çəkiblər.
Britaniya tarixində mühüm simalarıdan olan Çörçilin depresiv simptomları müharibə dövrüdən qeydlərdə yer alıb. Sonralar isə hipomanik (orta səviyə manik) olduğunu göstərilib.
Abraham Linkoln ağır depresiyadan əziyyət çəkib. Vətəndaş müharibəsi dövründə daha çox təsir edən depresiya sonrasında intihara meyilli olub. O, 1835-ci il sevdiyi qadının ölümündən sonra ölümə cəhd edib, 1962-ci il 11 yaşındakı oğlu Uillinin ölümüdən sonra ən ağır depresiyasını yaşayıb.
Gəncliyində ağır depresiv periodlardan keçən Mahatma Qandi bu mərhələni öz hazırladığı bioqrafiyada göstərib. Gənc yaşlardan dəfələrlə intihara cəhd etməsi, xronik ağır depresiyasının həmişə onu narahat etdiyi özü və ətrafı tərəfindən qeydə alınıb. Qandi son dövrlərində əzabının sonlanması üçün saatlarla ibadət edib, Tanrıya yalvarıb.
Emil Nəcəfli
Minval.info

