ANS-in keçmiş aparıcısı ana oldu

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova ana olub.
Minval.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. Eks-aparıcı oğlan övladının dünyaya gəldiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyədə yaşayan G. Məmmədova 2015-ci ildə Özgür adlı iş adamı ilə ailə qurub. O, qız övladını 2018-ci ildə itirib.
Xatırladaq ki, o, ANS-də “Kamerton”, “Xonça” kimi verilişlərin aparıcısı olub.
Nərminə Aydınqızı


XƏBƏR LENTİ
2025/11/19 14:22

