Aparıcı Amil Xəlil: «Xəbəri yoxdur ki, arvadı evdə nəyə baxır, durub bizi qınayır»
Space Tv-nin aparıcısı Amil Xəlil birbaşa efirdə sosial layihələrlə bağlı yazı yazan alimi sərt tənqid edib. O, bu barədə müəllifi olduğu «Gəl, danış» verilişində problemli insanlara edilən yardımlardan söz açarkən danışıb.“Bəzən hansısa alim, akademik, yaxud kimsə sosial layihələri qınayır. Hətta ötən gün bir alim şərh verib ki, «bu layihələrə baxan yoxdur». Adama deyərlər ki, baxmaq istəmirsən, baxma. Səni məcbur edən var? Nəyi pisdir ki, hansısa problem işıqlanır və həllini tapır. Rusiyada, Türkiyə də səhər 8-dən axşama kimi sosial layihələr yayımlanır. Baxmaq istəməyən kanalı dəyişir. Deməli həmin şəxslər bəzi xarici serialları misal çəkir. Və bəh-bəhlə ona baxdığını deyir. Xarici serialda bacı bacının ərinə qoşulub qaçır, bu da ailəliklə həmin serialı izləyir. Əgər belə yaxşı kişisən, get evində olan peyk antennalarını yığışdır. Əgər milli dəyər deyirsənsə… Sən evdə olmayanda arvadın, qızın nəyə baxır xəbərin yoxdur. Ona görə də arada öz işinizlə məşqul olun”.
Daha sonra o həmkarlarının da müdafiəsinə qalxıb. «Sosail layihələr Atv, Arb, Xəzər Tv-də də yayımlanır. Nə qədər insanın problemi həllini tapır. Axı nəyi pisdir?»
Sonda Amil Xəlil hüquq mühafizə orqanlarına da təşəkkür edib: «Sağ olsun Daxili İşlər Nazirliyi, var olsun Baş Prokrorluq ki, verilişlərdə yayımlanan müəmma dolu məqamlarla bağlı dərhal reaksiya verirlər. Hansısa məmurun kiçik səhvi belə olanda onları cəzalandırırlar. Bax budur efir, budur media…»
XƏBƏR LENTİ
2025/11/19 14:22

