“Apple”ın bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb

ABŞ-ın texnologiya nəhəngi “Apple”ın bir səhminin dəyəri çərşənbə günü beynəlxalq birjalarda 1,3% artaraq 468,4 ABŞ  dollara yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, beləliklə də bir səhminin dəyəri ilin əvvəlinə görə 57% artan “Apple”ın bazar dəyəri 2 trilyon ABŞ dolları ötüb.

Qeyd edək ki, bu ilin aprel-iyun dövrünü əhatə edən III rübdə şirkətin xalis mənfəəti 11,2 milyard ABŞ dolları (illik müqayisədə 12% çox), gəlirləri 59,6 milyard ABŞ dolları (11% çox), şirkətin hər səhm üzrə qazancı 2,58 ABŞ dolları (18,3% çox) təşkil edib.

Hesabat dövründə “Apple”ın smartfon və planşet satışları da artıb. Belə ki, “iPhone” satışları 1,7% artaraq 26,4 milyard ABŞ dollara, “iPad” satışları isə 31% artaraq 6,6 milyard ABŞ dollara, “Mac” satışları isə 21,6% artaraq 7,1 milyard ABŞ dollara çatıb.

Xatırladaq ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon ABŞ dollara çatan “Apple”, bu ünvanını 2019-cu ilin dekabrında bazar dəyəri 1,7 trilyon ABŞ dollara yüksələn Səudiyyə Ərəbistanın neft nəhəngi “Aramco”ya uduzsa da, bu ilin avqustun əvvəllərində yenidən “dünyanın ən dəyərli şirkəti” olub.

Maliyyə

Nəşr edilib: 2020/08/20 11:21

Baxış: 57


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06