ARB TV-də çalışmır – Kanaldan RƏSMİ AÇIQLAMA
Ötən gün ssenarist Fariz Əliyevin ARB TV-də baş produsser vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Minval.info-ya açıqlama verən ARB TV-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bu məlumatı təkzib edib.
“Hazırda ARB TV-də baş produsser vəzifəsi yoxdur. Təyinat xəbəri yayılan ssenarist Fariz Əliyev ARB TV-də çalışmır. O, yalnız efirimizdə yayımlanan “Baldız” və “Söhbət var” kimi prodakşn layihələrində çalışır”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

