Arda Turan yenidən futbolu ilə deyil qalmaqalı ilə gündəmdə
Futbolçu Arda Turan Türkiyədə yenidən qalmaqalıya gündəmə gəlib.
Minval.info xəbər verir ki, dava salmaqla arası yaxşı olan A.Turan ənənəsinə sadiq qalaraq bu dəfə yumruğunu deyil, başını işə salıb. Belə ki, futbolçu müğənninin üzərində gücünü sınayıb. Jurnalisti vurmağı ilə gündəmə gələn Arda sənətçi Berkay Şahini xəstəxanalıq edib.
O, başı ilə müğənnini vururaq burnunu sındırıb. Xəsarət alan Berkay xəstəxanaya müraciət etməli olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

