Argentinada güclü zəlzələ olub

Argentinanın şimal-qərbində yerləşən Jujuy əyalətində 6,2 bal gücündə zəlzələ olub.
“Minval.info” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avropa Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanların episentri San-salvador-de-Jujuy şəhərindən 175 km qərbdə, yerin 170 km dərinliyində yerləşib.
Təbii fəlakət nəticəsində itki, xəsarət alan və dağıntı barədə hələlik məlumat yayılmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

