“Arsenal”ın futbolçusu üçün mövsüm başa çatıb
İngiltərə Premyer Liqasının XXIII turunda “Çelsi” ilə oyununda zədələnən “Arsenal”ın müdafiəçisi Hektor Belyerinin durumuna aydınlıq gəlib.
Open.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, matçda sol dizindən xəsarət alan ispan futbolçunun zədəsi ciddidir.
23 yaşlı müdafiəçinin 6-9 ay arası yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu isə o deməkdir ki, müdafiəçi üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Qeyd edək ki, “Arsenal” sözügedən matçda “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

