Astarada ana uşaqları ilə birlikdə evdən qaçıb
Astarada ana uşaqları ilə birlikdə evdən qaçıb.
APA-nın məlumatına görə, avqustun 22-də rayonun Mecitməhəllə kənd sakini Hənifəyeva İradə Nəbi qızı Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Aytən Hənifəyevanın övladları ilə birgə yaşadığı evdən çıxıb getdiyini və bir daha geri dönmədiyini bildirib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

