ATU-nun Tədris Cərrahiyyə Klinikasında yoxlamalar başlayıb
Vergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb.
“Report”un əldə etdiyi məlumata görə, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir.
Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

