ATV-nin əməkdaşına SOCAR-da vəzifə verildi
ATV telekanalından işdən çıxan telejurnalist Səbuhi Turançı yeni vəzifəyə təyinat alıb.
“Minval.info”nun xəbərinə görə, bu barədə o, “Facebook” hesabında məlumat verib:
“Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı telejurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq mediadakı dostlarla sıx əməkdaşlıq edəcəyik”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

