AVRO-2020: Azərbaycan millisi yenə uduzub

AVRO-2020: Azərbaycan millisi yenə uduzub - YENİLƏNİB-6 AVRO-2020-nin seçmə mərhələsində III turun oyunları keçirilir.

APA-nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti qarşılaşmasına çıxıb.

Final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan yığmamız Macarıstanla üz-üzə gəlib. Bu, komandamızın tsikldə ikinci görüşü olub.

İlk matçını Xorvatiyada keçirib, 1:2 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri macarları Bakıda qəbul edib. Komandamız bu seçmə mərhələdə ilk ev oyununda ilk xalını qazanmağa çalışsa da, bunu bacarmayıb. Qarşısına AVRO-2020-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulan yığmamız yenə də azarkeşləri məyus edib.

Matçdan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub. Bir dəqiqəlik sükutdan sonra oyunun start fiti verilib.

Görüşdə hesabı Villi Orban açıb. O, 18-ci dəqiqədə fərqlənməklə, komandasının fasiləyə öndə çıxmasını təmin edib. Almaniyanın “Leypsiq” klubunda çıxış edən futbolçu ikinci hissədə də standart vəziyyətdən qapımıza yol tapıb. Bundan sonra Mahir Emreli fərqi azaltsa da, sevincimiz cəmi 1 dəqiqə çəkib. David Holman yenidən fərqi iki topa çatdırıb – 1:3.

Rəqibin baş məşqçisi Marko Rossi oyunun sonlarında texniki zonadan uzaqlaşdırılsa da, qarşılaşma elə bu hesabla yekunlaşıb. Nəticədə N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk xalını qazanması da mümkün olmayıb.

Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya Uelslə üz-üzə gəlib. Son dünya çempionatının gümüş mükafatçısı rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu
IV tur
7 iyun
20:00. Azərbaycan – Macarıstan – 1:3

QOLLAR: Emreli, 70 – Orban, 18, 53, Holman, 71
Baş hakim: Kevin Blom
Baş hakimin köməkçiləri: Bas van Dongen, Yohan Balder
Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixay Korxut, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 18. Dominik Nad
Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 4. Yanoş Ferentsi, 5. Paulo Vinisius, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İştvan Kovaç, 21. Tamaş Kadar, 23. Filip Holender,
Baş məşqçi. Marko Rossi
Bakı. “Bakcell Arena” stadionu

İdman

Nəşr edilib: 2019/06/08 22:04

Baxış: 231


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06