Avrokuboklarda yeni rekord – Bir oyunda 27 penalti!

İrlandiyanın “Şemrok Rovers” və Finlandiyanın “İlves” komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyununda yeni rekord qeydə alınıb. 

“Report”un məlumatına görə, əsas və əlavə vaxt 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün qalib penalti seriyasında bəlli olub.

Burada isə ümumilikdə 26 penalti vurulub. “Şemrok Rovers” 1-ci, rəqib isə 2-ci penaltini dəqiq yerinə yetirə bilməyib. İlk 5 zərbədən sonra qalib müəyyənləşməyib və seriya uzanıb. “İlves”dən Emeli Rayttinen 13-cü penaltini boşa verdiyi üçün komandası mübarizəni dayandırmalı olub. Beləliklə, İrlandiya təmsilçisi penalti seriyasında 12:11 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

“Şemrok Rovers” istəyinə “Keşlə”ni penaltilər seriyasında üstələyən Albaniya “Laçi”si kimi azlıqda çatıb. Komandanın futbolçusu Liam Skales 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu səbəbdən, həmin komandanın penaltilərini cəmi 10 oyunçu vurmalı olub.

Meydan sahiblərindən Lauri Ala-Müllimiyaki matçda 3 penalti yerinə yetirib. O, 11-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən hesabı açıb, penalti seriyasında isə 1-ci və 11-ci zərbəni dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu, penalti seriyasında avrokubuk tarixinin rekord göstəricisidir.

Daha əvvəl UEFA Kubokunun (hazırkı Avropa Liqası) II təsnifat mərhələsindəki “Start Kristiansand” (Norveç) – “Droheda Yunayted” (İrlandiya)  matçında 22 penalti vurulub – 11:10.

Dünya rekordu isə 2005-ci ildə qeydə alınıb. Namibiya Kubokunda “KK Palas” və “Tsviks” komandaları arasında keçirilmiş görüşdə 48 penaltidən istifadə edilib.

Maraqlı

Nəşr edilib: 2020/08/28 12:55

Baxış: 157


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06