Avroliqa: “Atletiko Madrid” növbəti mərhələni darmadağınla rəsmiləşdirdi — VİDEO

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, “Atletiko Madrid” 5:1 hesablı qələbəsi ilə “Lokomotiv”i darmadağın edib.
Qeyd edək ki, komandaların Madriddə keçirilən görüşü 3:0 hesabı ilə ispanların xeyrinə yekunlaşmışdı. Ümumi nəticədə 8-1 hesabı ilə qalib gələn “Atletiko” 1/4 finala vəsiqə qazanıb. “Lokomotiv” isə turniri tərk edib.
Avropa Liqası. 1/8 final. 2-ci matç
“Lokomotiv” – “Atletiko M” – 1:5
Qollar: Korrea – 16, Rıbus – 20, Saul – 47, Torres – 65 (pen), Torres – 70, Qrizmann – 85
XƏBƏR LENTİ
2025/11/19 14:22

