Avroliqanın finalı ilə bağlı təcili yardıma 43 çağırış daxil olub
Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.
Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, çağırışlar nəticəsində 3 nəfər hospitalizasiya olunub. Müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır. Xəstəxanaya yerləşdirilən şəxslərdən 2-si xarici, biri azərbaycanlıdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

