Avropa Birliyi Rusiyaya qarşı sanksiyanı gücləndirməkdən imtina etdi
Avropa Birliyi Rusiyaya qarşı saknsiyanı gücləndirməkdən imtina etdi
Avropa Birliyi(Aİ) anti-rusiya sanksiyalarını dəstəkləməyəcəyini bildirib. Minval.İnfo xəbər verir ki, bu haqda məlumatı Belçikanın Baş naziri Şarl Mişel rusiyalı həmkarı Dmitri Medvedevlə görüşü zamanı bildirib.
Ş. Mişel ABŞ Maliyyə nazirliyinin nəşr etdiyi “kreml hesabatın”ı şərh edərək Rusiya ilə Aİ arasında fikir ayrılığı olsa da Avropa Birliyi sanksiyanı dəstəkləməyəcək: ” Mən həmkarım Medvedevə də bildirdim ki, Aİ hər zaman Rusiya haqqında danışır, amma Rusiya ilə danışmır. Gələcəkdə rəsmi Mokva ilə danışıqları daha da genişləndirmək faydalı olardı”.
Xatırladaq ki, Birləşmiş Ştatların Maliyyə naziri yanvar ayının 30-da Rusiyaya qarşı hazırlanmış sanksiyanı dərc etdirib. Sanksiya siyahısında 114 yüksək rütəbli məmur, 96 oliqarx olmaqla 210 Rusiya vətəndaşı yer alıb.
Zeynəb
Minval.İnfo


