Avropa çempionu olan futbolçu Rusiyada yaşadığı qorxulu anlardan danışdı
Moskva “Dinamo”sunun keçmiş futbolçusu Yurkas Seytaridis Rusiyadakı həyatını xatırlayıb. O, bizim qonşu ölkədə xeyli qorxunu anlar yaşadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Seytaridis təyyarə uçuşlarından dəhşətə gəldiyini deyib. “Çox qorxulu idi. Tapança ilə uçan adamlar vardı. Avropada belə şeyi təsəvvür etmək mümkün deyil. Burada özünüzlə təyyarənin göyərtəsinə silah götürə bilməzsiniz”, – futbolçu söyləyib.
Seytaridis Rusiyadakı tıxacları heç vaxt unutmayacaq. Futbolçu Moskva küçələrində avtomobillərin cəngəllik qanunları ilə hərəkət etdiyini bildirib: “Böyük maşınınız varsa, siz bossunuz. Fikir verdim ki, orada ya çox bahalı maşınlar olurdu, ya da çox ucuz”.
Müdafiəçi “Dinamo”da 2005/06 mövsümlərində oynamışdı. O, “Portu” və “Atletiko”da da çıxış etməyə imkan tapıb. Seytaridis Yunanıstan milli komandasının heyətində Avropa çempionu olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22


