Avropa İttifaqının missiyası İrəvanda: bəs KTMT-nin missiyası necə olacaq? – ŞƏRH

Bu gün Avropa İttifaqı müşahidəçilərindən ibarət qrup Ermənistanın paytaxtı İrəvana gəlib. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Tviter hesabında yazıb. O, qeyd edib ki, 27 üzv dövlət Ermənistanın sorğusuna cavab vermək üçün sürətlə hərəkətə keçib.

T.Klaarın sözlərinə görə, Avropa İttifaqının məqsədi vəziyyətə nəzarət etmək və sərhəddə Ermənistan-Azərbaycan münasibətlərinin sabitləşməsinə dəstəkdən ibarətdir. Bu missiyanın Ermənistana səfəri Rusiyada narazılıq yaradıb.

Bundan sonrakı proseslər necə davam edəcək?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistandakı məsələlərlə bağlı Avropa İttifaqı ilə Rusiya arasında rəqabət hiss olunur.

Politoloq qeyd edib ki, Praqa bəyənatının bəndlərdən biri məhz Avropa İttifaqı missiyasının Ermənistana səfər etməsilə bağlıdır:

“Missiyanın Azərbaycana səfəri mümkün deyil, çünki biz bununla razılaşmadıq. Lakin bu missiya ilə əməkdaşlıq etməyə razılıq verdik. Bu missiyanın yaradılması, Ermənistana səfəri Rusiyada narazılıq yaradıb. Amma Rusiya bunun qarşısını da ala bilməz. Həm Lavrov, həm Mariya Zaxarova açıqlama veriblər ki, KTMT missiyası da Ermənistana gedə bilər. Çalışırlar ki, Ermənistan hökuməti KTMT missiyasının gəlişinə və monitorinq aparmasına şərait yaratsın. Yəqin ki, İrəvan bununla razılaşacaq. Niyə ? Çünki Ermənistan iki ildir Rusiyanın onları müdafiə etmədiyini bildirir. İndi onlar da monitorinq aparmaq üçün Ermənistana gəlməyi təklif edirlər. Avropa İttifaqı missiyasının necə və harda monitorinq aparacağının özü də böyük suallar doğurur. Çünki sərhəd onsuz da müəyyənləşməyib, təmas xətti var və missiya üçün iki ay müddət qoyulub”.

Politoloq Fransa Prezidentinin Rusiya ilə bağlı açıqlamalarını da şərh edib:

“Fransa Prezidenti Makron dünən çox qəribə açıqlama verdi. Onun ermənipərəstliyi məlumdur. Amma dünənki açıqlamaları bütün əndazələrin aşılması idi. Rusiyanı ittiham edirdi ki, guya Rusiya Azərbaycanla ittifaq qurub Ermənistana hücumlar həyata keçirir. Bu açıqlama Ermənistanla Rusiyanın münasibətlərini gərginləşdirə bilər. Putin də Makronun bu açıqlamasını qəribə adlandırdı. Hazırda Avropa İttifaqı missiyası İrəvandadır və iki aylıq müddəti var. Əsas odur ki, ilin sonuna qədər sülh sazişinin imzalanmasına müəyyən ümidlər var. Amma bu daha çox Paşinyanın niyyətindən asılı olacaq. Missiyanın məqsədi odur ki, gərginliyi azaltsın və sülh sazişinin imzalanmasını yaxınlaşdırsın. Belə olacaqmı? Bunu yaxın iki ay göstərəcək”.

Siyasət, Vacib

Nəşr edilib: 2022/10/14 15:45

Baxış: 36


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06