Avropa ölkələrində qış transfer dövrü yekunlaşır
Bu gün Avropa ölkələrində qış “transfer pəncərəsi” bağlanacaq.
“Report”un məlumatına görə, günün sonunadək İngiltərə, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə, o cümlədən, Hollandiya, Belçika, Türkiyə, Yunanıstan və Danimarkada futbolçu keçidləri yekunlaşacaq. İspaniyada isə “pəncərə” artıq bağlıdır. Portuqaliyada futbolçuları fevralın 1-dək almaq mümkün olacaq.
Azərbaycanda isə yanvarın 7-dən başlanan qış transfer dövrü fevralın 3-də yekunlaşacaq.
Qeyd edək ki, qış transfer dövrü başlanandığı andan ən bahalı futbolçu Portuqaliya “Sportinq”indən İngiltərə “Mançester Yunayted”inə 55 milyon dollara keçən Brunu Fernandeş olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

