Avropa Parlamenti: “Zukerberq ifadə verməlidir”
Avropa Parlamenti “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqi məlumatların sızıntısı qalmaqalı ilə bağlı dinləmək istəyir.“Ölkə.Az” xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında ifadə verən Zukerberqin indi də AP millət vəkillərinin suallarını cavablandırması tələb edilir.
Avropa Parlamentində keçirilən iclasdan sonra parlament sədri Antonio Tajaniyə yazılan məktubda Zukerberqin parlamentin müxtəlif komissiyalarına dəvət edilərək qalmaqalla bağlı sualları cavablandırması tələb edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

