Avropada kimyəvi zavodda partlayış – 6 ölü, 2 yaralı

Çexiyada kimyəvi maddələr istehsal edən zavodların birində güclü partlayış olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Kralupi-nda-Vlatavau şəhərində qeydə alınıb. Partlayış nəticəsində 6 nəfər dünyasını dəyişib. Daha 2 nəfər isə xəsarət alıb.
FHN sözçüsü Vladimara Kerekova hadisə nəticəsində çox sayda insanın yaralandığını vurğulayıb. Ətraf mühitin çirklənməsi halı qeydə alınmayıb.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

