Avropada qazın qiyməti yenidən aşağı düşüb
Avropada qaz fyuçerslərinin qiymətləri 8%-dən çox azalaraq min kubmetr üçün 2 000 ABŞ dollarından aşağı düşüb.
Minval.info xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları təsdiqləyir.
Avropanın ən likvid mərkəzi olan Niderlandın TTF indeksi üzrə yanvar fyuçerslərinin qiyməti ticarətin açılışında 2 030 ABŞ dollarını bir qədər ötüb. Ticarətrin sonunda isə qiymət 1 934,3 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, fyuçers bazarında tarixi maksimum – min kubmetr üçün 2190,4 ABŞ dolları dekabrın 21-də qeydə alınıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

