Avropada təbii qazın qiyməti 700 dollar həddini keçib

Avropa birjalarında təbii qazın qiyməti son sutkada 1 faizdən çox artaraq min kubmetr üçün 700 dollar həddini keçib.
Minval.info-nun məlumatına görə, Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 701,5 dollara çatıb.
Son məlumatlara görə, Avropa birjalarında qazın min kubmetri 699-700 dollar ətrafında alınıb-satılır.
Qeyd edək ki, avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

