Avropada təbii qazın qiyməti yenə qalxdı
Londonun “İCE Futures” birjasında bugünkü hərracların əvvəlində təbii qazın yanvar fyüçersləri 7,5 faiz bahalaşaraq 1130 UDS/1000 kubmetr qiymətinə satılıb.
Minval.info xəbər verir ki, TTF onlayn qaz satışı mərkəzinin indeksləri hərracın əvvəlində 1100 dollar həddini keçib. Son iki saat ərzində qiymətlər 1105-1120 dollar arasında dəyişib.
Xatırladaq ki, TTF indekslərinin orta qiyməti oktyabr ayındakı 1100 dollarlıq rekorddan sonra noyabr ayında 950 dollaradək geriləyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

