Avropada terror: çox sayda ölü və yaralı var – FOTOLAR

Almaniyanın Münster şəhərində sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb.
Minval.İnfo Qaynarinfo-ya istinadən xəbər verir ki, polis çox sayda insanın öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.
Polis dərhal genişmiqyaslı əməliyyata başlayıb. Olayla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. Bir polis rəsmisi Münsterin qədim şəhər hissəsində əməliyyatın aparıldığını təsdiq edib.
“Spiegel” dərgisi avtomobili insanların üzərinə sürən şəxsin özünü öldürdüyünü iddia edib. İddia hələlik təsdiqlənməyib.
Polis “Twitter” vasitəsi ilə insanları ərazidən uzaq durmağa çağırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22




