Avropalı gənc futbolçu avtomobil qəzasında öldü

İtaliyanın “Kalyari” klubunun keçmiş futbolçusu Kristian Popela avtomobil qəzasında ölüb.
Oxu.Az Ren.TV-yə istinadən xəbər verir ki, hadisə Polşada baş verib.
İyirmi yaşlı futbolçu idarəetməni itirib və nəticədə avtomobil maneəyə çırpılıb.
Qeyd edək ki, Popela 2016-cı ildə “Kalyari”də çıxış edib. Bu klubda o, 10 oyunda meydana çıxıb. Sonra Popela vətəni olan Polşaya qayıtmaq qərarına gəlib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

