Avropalı meteoroloqlardan xəbərdarlıq: “Cəhənnəm gəlir…”

Təkcə Azərbaycanda yox, Qərbi və Mərkəzi Avropada da əhali vərdiş etmədikləri, kəskin istilərdən əziyyət çəkir. Fransa, İspaniya və Portuqaliyada iyunun 26-da son 30 ilin rekord istiləri qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, başqa Avropa ölkələrində də həftənin sonanadək temperaturun daha 10 dərəcə artacağı gözlənilir. Anomal istilərin səbəbi kimi, Şimali Atlantikada fırtına və Mərkəzi Avropadakı güclü antisiklonlar göstərilir. Mütəxəssislər deyir ki, onların kambinasiyası nəticəsində qitə Saxara səhrasından isti havanı çəkir. Bu durumun nə qədər davam edəcəyi isə məlum deyil. Sinoptiklər xəbərdarlıq edir ki, 2019-cu ilin yayı 2003-cü ildən bu yana ən isti yay olacaq.

“16 il öncə iyul və avqustda olan anomal istilər nəticəsində Avropada 70 minə qədər adam ölmüşdü. Ona görə də anomal isti havalar “səssiz qatillər” adlandırılır. Ötən il Almaniyada isti yay 1000-ə qədər insanın həyatına son qoydu”, – Potsdam universitetinin klimatoloqu Ştefan Ramştorf “Tvitter” hesabında yazır.

Mütəxəssislər ehtiyatlanır ki, bu dəfə nəticə daha ağır ola bilər. Çünki yayın ilk ayından artıq kəskin istilər başlayıb. Onların fikrincə, ən çox istilər Fransanın bir sıra regionlarında və İspaniyada qeydə alınacaq.

Bu arada, Fransa mediası artıq üç nəfərin “temperatur şokundan” öldüyünü yazır. Bunlardan biri 62 yaşlı qadın, digər ikisi isə 70 və 75 yaşlarında kişilərdir. Onlar çimərlikdə sahildə uzun müddət Günəşin altında uzanandan sonra suya girərkən ürək çatışmazlığından ölüblər.

İspaniyalı meteoroloq Silviya Laplana isə isti havalarla bağlı sosial şəbəkərlərdə belə xəbərdarlıq edib: “Cəhənnəm gəlir…”

Fransız meteoroloq Hayom Voznits indidən xəbərdarlıq edir ki, avqustun 12-də bu ölkədə rekord temperatur qeydə alınacaq – kölgədə 44 dərəcə isti olacaq.

Dünya

Nəşr edilib: 2019/06/26 22:12

Baxış: 459


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06