Avropanın “kameralı seks paytaxtı” Buxarest – FOTOLAR
Qloballaşan dünyamızda internetin imkanlarından hər cür istifadə olunur. Hətta Avropa ölkələrindən internet vasitəsiylə söhbət/seks pornoqrafiyası istifadə dairəsini genişləndirməkdə davam edir.
İnternetin qarşısında oturub qarşı tərəfin cinsi istəklərini qarşılamaq artıq bir işə çevrilib. 7/24 saat görülən bu iş Avropada tam qanunidir. Bu tip işin icrasında həmişə olduğu kimi qadınlardan istifadə olunur. Lakin bu şirkətlər öz işlərini o qədər genişləndiriblər ki, cinsi azlıqları da nəzərə alıblar. Yəni cinsi azlıqların nümayəndələri də bu işi görüb öz həmcinslərinin cinsi tələbatını qarşılaya bilər.
Minval.info xəbər verir ki, Buxarestin mərkəzində Studio 20 adlı şirkət göstərdiyi bu xidmətlə məşhurdur. Şirkətin binasında 40 otaq var. İçəridə qadınlar internet vasitəsiylə canlı yayımla beynəlxalq müştəriləri ilə əlaqə qururlar. Xidmətdən istifadə edə bilmək üçün kompüterin o biri tərəfindəki şəxslər bu şirkətin üzvü olmalıdır.
Lana adlı xanım 8 nömrəli otaqda işləyir. Otaqda bir çarpayı və müxtəlif geyimlərin olduğu qarderob var. “Ümumilikdə alt paltarı və dəri geyinirəm” deyir.
Otağın küncündə böyük kompüter ekranı, bahalı bir kamera və peşəkar fotoqraf işıqları dayanır. Onlarla cüt göz müxtəlif porno saytların vasitəsiylə Lananı izləyir.
Lana gündə 8 saat işləyərək ayda 4 min avro qazanır. Bu isə Ruminiyanın minimum əmək haqqının 10 qatıdır. “Studio20” şirkəti isə təkcə bu xanımının sayəsində 4 min avro qazanır.
Lana 2008-dək universitetdə oxuyurdu, lakin Ruminiya iqtisadiyyatında ciddi çöküşdən sonra bu işə baş vurub. Lana kamera qarşısındakı ilk gününü belə xatırlayır: “Otaqda tək idim, amma ətrafımda yüzlərlə adam varmış kimi hiss edirdim. Mənə nə dediklərini, nə istədiklərini təqib edə bilmirdim. Şok edici bir vəziyyət yaranmışdı. Daha sonra pul xərcləməyə niyyətli müştəri ilə pulsuz vaxt keçirmək istəyənləri ayırd etməyi öyrəndim”.
Lana həmçinin müştərinin təhlükəli ola biləcəyi təqdirdə onu blok etdiklərini sözlərinə əlavə edib. “Studio 20”-nn HR departamentinin rəhbəri Andrea deyir ki, “Bəzi insanlar düşündüyü kimi bu iş seks deyil. Modellər müştərilərlə internet vasitəsiylə normal bir münasibət yaşayırlarmış kimi danışırlar”. Feminist xanımlar birliyi isə bu işin qadınları alçaltdığını, burada işləyən insanların özləri qəbul etməsələr də qul kimi həyat sürdüklərini deyirlər.
İrina İlise adlı xanım bu məsələdə hər kəsin şanslı olmadığını söyləyir. Bəzi qadınlar kasıblıq ucbatından bu işlə məşğul olurlar. Belə saytlar qadınları bu işə cəlb etməkdən ötrü hər şeyi edirlər. Universitetlərdə reklamlarını həyata keçirirlər. Tələbələrin “facebook” hesablarına gözlərini boyaya biləcək tərzdə təklif formasında mesajlar yazılır. Bu saytlarda çoxlu tələbə qızlar işləyir. Qadınlarımızı bu işlərdən uzaqlaşdırmağın yollarını tapmalıyıq. Onlara inandırırlar ki, bu gördüyünüz iş fahişəlik deyil. Əslində isə bu işi görərək psixologiyalarında müəyyən dəyişiklik gedir və səhər onlar fahişəliyi də normal qarşılaya bilərlər.
Minval.info



