Avstraliyalı futbolçu fantastik qol vurub – VİDEO

“Nyukasl Cets” klubunun yarımmüdafiəçisi Rayli Makqri rəqib “Melburn Siti” komandasının qapısından inanılmaz qol keçirib.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, 19 yaşlı Makqri oyunun 56-cı dəqiqəsində seçilib.
Yarımmüdafiəçi ona ötürülən topa dabanı ilə toxunaraq, əqrəb zərbəsi ilə möhtəşəm qol vurub. Qolun görüntüsü “Twitter” də yayılıb.
“Cets” matçda 2:1 hesabı ilə qalib gəlib. Qələbə qolunu Ceyson Hofman vurub.
🤯🙌 Riley McGree!!!
🎥 @FOXFOOTBALL pic.twitter.com/adeuJ8nOs3
— Hyundai A-League (@ALeague) 27 Nisan 2018
XƏBƏR LENTİ
2025/11/19 14:22

