Avtobusda “konsert” verdi: “23 il vuruşmadım ki, İran sənin, Azərbaycan mənim olsun” – VİDEO
Az neft dairəsindən beş nömrəli avtobusa daxil olanda eşitdiyim səs qarşısında çaşdım, sonra bunu yorğun keçən iş gününə yozub başıma hava gəlmədiyi ilə təskinlik tapdım. Ayaqlarımı irəli atdım, baxdım belə olmayacaq, yaxamı kənara çəkib yerimi bərkitdim.
Bir az geciksəm, oturacaqları əvvəlcədən bron etmiş xalalar, yəqin məni də özləri ilə çəkib aparacaqdılar. Çox şükür əlimi, daha doğrusu ayaqlarımı cəld tutdum. Amma birinci eşitdiyim səs yenə qulağımda vızıldamağa başladı.
Əyilib irəli baxanda orta yaşlarda iki kişi diqqətimi çəkdi. Onlardan biri oxumaqla, digəri isə dediklərini şərh etməklə məşğul idi. Bu mənzərənin fonunda xısın-xısın gülən sərnişinləri görüb, düzü, bir az kövrəldim. Xüsusilə qarşıda əyləşən qadının sifarişi dəqiq idi – “Mahnını dəyiş”.
Axı gülməli nə var? Məncə gülmək yox, dayanıb bir dəqiqə düşünmək lazımdır. Qəhrəmanımızın xüsusi intonasiya ilə dediyi bu cümləni isə nəinki bir dəqiqə, hətta bir ömür də düşünsən bəs etmir:
“Azadlıq verilmir, azadlıq alınır. Mən 23 il vuruşmadım ki, İran sənin, Azərbaycan mənim olsun, mən bütöv Azərbaycan üçün vuruşdum”.
Daha ətraflı aşağıdakı videoda.
Fərid Özay
Minval.İnfo

