Avtobusla maşın toqquşub: Ölən və yaralılar var – FOTO

Aprelin 1-də saat 15 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rövşən Hüseynovun və Əlibala Babayevin idarə etdikləri “Mercedes-Sprinter” markalı avtobus və “VAZ-21099” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə Ə.Babayev hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

