Avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurdu

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Minval.info xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Onun kimliyi dəqiqləşdirilir. İlkin məlumata görə, piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

