Avtomobilin təkəri partladı, ustanın gözü kor oldu
Ağstafa rayonunda “KamAZ” markalı avtomobilin təkərinin partlaması faciəyə yol açıb.
Bizimyol.info-nun xəbərinə görə, hadisə rayonun Böyük Kəsik kəndində qeydə alınıb. Kənddə avtomobil təkərlərinin təmiri ustası işləyən 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu “KamAZ”-ı təmir edərkən yük maşının təkərinin partlaması nəticəsində ağır yaralanıb.
Təcili şəkildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən ustanın sol əlinin ikinci, üçüncü barmaqları və sağ gözü amputasiya edilib. Xəstənin Kəllə-beyin travması alması və vəziyyətinin ağır olması qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


